MədəniyyətMi-TVVideo

COVİD-19-un növbəti qurbanlarından biri Nəriman Mingəçevirli oldu

Tanınmış müğənni bir müddət idi ki, koronavirusa qarşı müalicə alırdı

Ruhun şad olsun, Nəriman Mingəçevirli! Cismən aramızda olmasan da musqili dünyan  “Səndən mənə xəbər verir”.

 

Tanınmış mingəçevirli müğənni Nəriman Mingəçevirli koronavirus infeksiyasına (COVID-19) yoluxma nəticəsində bu gün dünyasını dəyişib. Ölüm faktı Ağdaş Karantin Xəstəxanasında qeydə alınıb. Müğənni bir müddət idi ki,  Ağdaş Karantin Xəstəxanasında koronavirusdan müalicə alırdı.

Nəriman Mingəçevirli bir neçə il əvvəl “Toylar kralı” respublika yarışmasının qalibi olmuşdu. “Səndən mənə xəbər verir”, “Gəl, ol anam gəlini”,, “Sən ürəksən”, “Zərdabım”“Ağlama, ruhum, ağlama”, “Sən olmasan, neylərəm”, “Güı, ay qızım” kimi mahnıları ilə tanınırdı. .”Səndən mənə xəbər verir”, mahnısı isə müğənninin yaradıcılığında ayrıca yer tuturdu. O, el şənliklərində, televiziya verilişlərində çıxışına çox sevdiyi bu mahnı ilə başlamaqdan məmnunluq duyardı.

Ruhun şad olsun, Nəriman Mingəçevirli! Cismən aramızda olmasan da musqili dünyan  “Səndən mənə xəbər verir”.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close