Elm və təhsilMDU

Mingəçevir Dövlət Universitetində “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində “BİR” Tələbə-Könüllü Proqramının növbəti görüşü keçirilib. Əsasən birinci kurs tələbələrinin böyük maraqla qatıldığı tədbiri “BİR” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov aparıb. Qeyd edib ki, “BİR” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəylik simvoludur. Adını bu dəyərlərədən alan “BİR” Tələbə Könüllü Proqramı Azərbaycanın ali təhsil müəssisələrinin, kolleclərinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir. İnteraktiv üsulla keçirilən təqdimatlar zamanı tələbələr könüllük haqqında fikirlərini bölüşüb, kreativ təşəbbüslərlə çıxış ediblər.

Proqramının rəhbəri Canoğlan İlyasov bildirib ki, “BİR” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif: öyrən, öyrət, kəşf et, zövq al, yaşa, yaşat istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Tədbir iştirakçılarına “Bir” Tələbə-Könüllü Proqramında iştirak edən tələbə gənclərin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Könüllülər və könüllü liderlər üçün təlimlərin təşkili bu sahədə həyata keçiriləcək. Proqramda komanda və komanda tərkibində ümumi və fərdi şəkildə işin təşkili, “könüllü kimdir?”, kampaniya, marafon və digər aksiyaların təşkili, aktual sayılan müxtəlif mövzular üzrə təlimlərin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulduğu qeyd edilib.

Müntəzəm xarakter daşıyacaq planlaşdırılmış layihələr çərçivəsində tələbələr müxtəlif sahələr və mövzular üzrə geniş biliklərə və zəruri bacarıqlara yiyələnəcəkləri vurğulanıb. Proqram rəhbəri Canoğlan İlyasov tələbələrlə bir sıra əyləncəli proqramları həyata keçirib. Qalib gələn tələbələr mükafatlandırılıb.

Xatırladaq ki, “BİR” Tələbə-Könüllü Proqramı Təhsil Nazirliyinin proqramı olaraq, ölkədə növbəti illərdə həyata keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

Tədbirdə “BİR” Tələbə-Könüllü Proqramının meneceri Ülviyyə Axundova, Regionlarla iş üzrə koordinator Şahin Vəlizadə və İctimayyətlə əlaqələr üzrə koordinator Mənsurə Məhərrəmova iştirak ediblər.

 

 

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close