Elm və təhsilMDU

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Bakıda keçirilən Beynəlxalq “Bolonya əməkdaşlıq forumu”nda iştirak ediblər

Alman Akademik Mübadilə Xidməti (DAAD, Bonn) DAAD Bakı Məlumat Mərkəzi ilə birgə “Bolonya əməkdaşlıq forumu” keçirir.

Müvafiq qurumların nümayəndələrinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə Alman Akademik Mübadilə Xidmətinin siyasi dəstək şöbəsinin icraçı direktoru David Flores müasir dünyada təhsilin, xüsusilə ali təhsilin mühüm rolundan danışıb.

İcraçı direktor forumun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tədbirin ümumi hədəfi Azərbaycan və Avropa Ali Təhsil Məkanına – Bolonya prosesinə qoşulan digər ölkələrin ali məktəbləri arasındakı əməkdaşlığı dəstəkləməkdən ibarətdir. Forum Bolonya təhsil sisteminin bütün sahələrini əhatə edir.

 

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan-Almaniya əlaqələrindən bəhs edib. Bildirilib ki, bu əlaqələr təhsil sahəsində də uğurla davam etdirilir.

Səfir DAAD-ın elmi əlaqələrin genişlənməsində, mübadilə prosesində xüsusi rolu olduğunu bildirib.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ölkəmizdə təhsilə xüsusi önəm verildiyini deyib, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən və proqramlardan danışıb. Qeyd olunub ki, Azərbaycan Avropa Ali Təhsil Məkanına – Bolonya prosesinə 2005-ci ildə qoşulub. Həmin dövrdən Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsilə əlçatanlığın genişləndirilməsi istiqamətlərində əsaslı islahatlar aparılır.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən Yaqub Piriyev ali təhsil sahəsində əldə olunan uğurları da diqqətə çatdırıb.

Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova Azərbaycanın ali təhsil sistemi haqqında məlumat verib, DAAD-ın səmərəli fəaliyyəti ilə bağlı fikirlərini söyləyib.

Sonra ali təhsil sahəsi, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Qeyd edək ki, forumda Mingəçevir Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli, Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru Səbinə Quliyeva, Mərkəzin kordinatoru Raifə Mürşüdova, Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov və Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova təmsil ediblər.

Forum 2 gün davam edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close