Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 64 yaşlı velosipedçi qəzaya uğrayıb

Mingəçevirdə maşın velosipedçini vurub.

APA-nın  Mingəçevir bürosunun məlumatına görə hadisə axşam saatlarında Gəncə şosesində baş verib.

Yevlax rayon sakini idarə etdiyi VAZ 21 06 markalı minik maşını ilə hərəkətdə olan yaşlı velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.

1956-cı il təvəllüdlü yaralı velosipedçi Mustafayev Sadiq Qiyas oğlu xəstəxanaya yerləşdirilib.Onun kələ beyin travması aldığı və ayaq nahiyəsindən müxtəlif xəsarətlər aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.