Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var

Balakən-Xaldan avtomobil yolunun Yevlaxın Xanabad kəndi yaxınlığından keçən hissəsində Yevlax-Oğuz-Şəki yol dairəsi ətrafında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2103” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Qəza nəticəsində maşında olan və müxtəlif bədən xəsarətləri alan Göyçay sakinləri -1999-cu il təvəllüdlü Cəbrayılov Cavid Ağahüseyn oğlu və 1987-ci il təvəllüdlü Sultanov Tural Nail oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.