AzərbaycanKriminalMingəçevir

Başı qırxılan qızın anası danışdı

Əri tərəfindən başı qırxılan qızın Mingəçevirdə yaşayan anası qəzetimizə müsahibə verib. Onun dediyinə görə, sosial şəbəkələrdə yayılan videodan təzə xəbər tutub: “videonu kimin yaymasından xəbərimiz yoxdur”.Balaca qızım bu günlərdə dedi ki, bacısının  videosunu yayıblar. Qızım 2013-cü ildə ərə gedib, 2 il ailəsi ilə birlikdə Kislovodskdə yaşayıb. 2015 ci ildə Rusiyadan deport olunub. O vaxtdan qızı ilə bərabər mənim yanımda qalırdı. Əri və qayınanası hər dəfə Azərbaycana gələndə qızımı və uşağını da Gəncəyə aparırdı. Qonum-qonşuya göstərmək istəyirdilər ki, guya bunlar da Rusyada yaşayırlar”.

Ananın dediyinə görə, sentyabrda qızını övladıyla birgə yenə də Kislovodskə aparıblar: “Az sonra qaynanası zəng elədi. Dedi nə qədər ki, qızını öldürməmişik, gəl, apar, oğluma xəyanət edib. Yollandım qızımın yanına. Onların evində olanda qızımı mənə göstərmədilər. Başqa bir otağa salıb qapını da bağlamışdılar.Səhəri günü bizi avtomobillə yola saldılar. Mən mübahisə etmədim ki, ailədir, dalaşıblar, barışarlar.Yolda qızıma dedim ki, bu nə deməkdir? O, barmaqları ilə işarə etdi ki, halı yoxdu,  evdə danışacaq. Evdə qızımın üzərindəki zorakılıq izlərini görüb, dəhşətə gəldim. Əllərində, ayaqlarında, üzündə, qollarında siqaret, yanıq izləri və deşilmiş yara yerləri vardı. Başı da qırxılmışdı. Bu halını görəndə mən və ərim şok keçirdik”.

Ana onu da bildirdi ki, qızı iki aydan artıqdır müalicə olunur: “Onun bu vəziyyətini əks etdirən şəkilləri çəkib,  hüquq-mühafizə orqanlarına məlumat verdim”.

Esmira HİDAYƏTOVA

Tag
Daha çox

Oxşar yazılar

Close