Elm və təhsilMDU

Mingəçevir Dövlət Universitetində 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı seminar-treninq təşkil olunub

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1040 nömrəli Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləçək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.

Fərmandan irəli gələn məsələləri həll etmək üçün 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2016-ci il tarixli 517 nömrəli Qərarı imzalanmışdır.

Prezidentin Fərmanına və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2019-cu ildə Mingəçevir şəhərində də əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı yardım komissiyasının yaradılması haqqında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 30 dekabr 2016-ci il tarixli 122 nömrəli Sərəncam imzalanmış, təşkilati plan hazırlanmış və 13 nəfərdən ibarət komissiya üzvü yaradılmışdır.

Yuxarıda göstərilən qanunvericilik aktlarının həyata keçirilməsi məqsədilə 2019-cu ildə Mingəçevir şəhərində də əhalinin siyahıyaalınmasının təşkil edilməsi ilə bağlı Mingəçevir şəhər Statistika İdarəsinin üzərinə böyük məsul vəzifə qoyulmuşdur. Məhz bu təşkilat siyahıyaalma kompaniyasını yüksək səviyyədə keçirmək məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir.

????????????????????????????????????

Belə tədbirlərdən biri də 21-22 sentyabr 2019-cu il tarixlərdə Mingəçevir Dövlət Universitetində 2019-cu ildə Mingəçevir şəhərində əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı fəaliyyət göstərəcək komandanın maarifləndirilməsi istiqamətində seminar-treninq keçirilib.

Qeyd olunan seminar-treninqdən əvvəl Mingəçevir şəhərində siyahıyaalma kompaniyasını həyata keçirəcək komandaya Mingəçevir şəhər Statistika İdarəsinin rəhbərliyi tərəfindən müxtəlif formatda treninqlər təşkil olunmuşdur.

Mingəçevir şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimovun verdiyi məlumata görə əhalinin siyahıyaalma kompaniyasını həyata keçirmək məqsədilə 9 siyahıyaalma məntəqəsi və 84 təlimatçı-nəzarətçi məntəqəsi yaradılmışdır. 6 məntəqədə 9 nəzarətçi məntəqə, əhalinin daha çox sıx yaşadığı 3 məntəqədə isə 10 nəzarətçi məntəqə fəaliyyət göstərir.

Siyahıyaalma məntəqələrində 418 əsas və 9 ehtiyat, cəmi 427 sayıcı məntəqəyə, orta hesabla hər bir sayıcıya 301 nəfər əhali düşür.

Mingəçevir şəhəri üzrə bu kompaniyanı həyata keçirəcək komandanın tərkibində müxtəlif sahələrdə çalışan, ayrı-ayrı kateqoriyaya məxsus, əsasən də ali təhsilli insanlar fəaliyyət göstərəcəklər.

İdarə rəisi bildirib ki, siyahıyaalmaya cəlb olunmuş şəxslərlə mülki-hüquqi müqavilə bağlanmışdır. Şəhər ərazisində tədbirin mütəşəkkil keçirilməsi üçün Kür çayının sağ və sol sahəsində 2 ədəd banner vurulmuş, məntəqələrdə plakatlar asılmışdır.

Mingəçevir şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimov əhalinin siyahıyaalma kompaniyasında iştirak edəcək komanda üçün seminar-treninqin universitetdə keçirilməsində yaradılan şəraitə görə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və Statistika İdarəsinin rəisi kimi öz adından Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramova təşəkkür edib.

Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Əhalinin siyahıyaalınması və onun inkişafı əhalinin sayı, yerləşməsi və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir.

Bütün bunları nəzərə alaraq demək olar ki, siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close