Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra Hakimiyyəti başçısı Energetik yaşayış massivində

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 27-də Energetik yaşayış massivində sakinlərlə görüşüb. Şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi nailiyyətləri, regionlarda həyata keçirilən inkişaf proqramı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələr barədə danışıb. Başçı bildirib ki, Mingəçevirdə küçə və prospektlərin asfaltlanması, park və istirahət məkanlarında sakinlərin istirahəti üçün yeniliklərin əlavə edilməsi, məhəllələrdə yaradılan şərait vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasına müsbət təsir edir.

Sakinlər görülən işlərdən razı qaldıqlarını deyiblər. Eyni zamanda diqqətə çatdırıblar ki, yaşadıqları binanın zirzəmisi antisanitar hala düşüb, qrunt suları xoşagəlməz vəziyyət yaradıb. Binanın bloklarının əsaslı təmirinə, xeyir-şər mağarlarının təmiri üçün yardım göstərilməsinə, binaların qarşısında uşaq-əyləncə meydançasının yaradılmasını ehtiyac var.

Səyyar görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov da iştirak edib.

Şərhlər bağlıdır.