Səhiyyə

Xəstəlik yaradan şirin sular

Su istehsalı və satışında ciddi pozuntular var

Qızmar yayda ən çox tələbat duyulan məhsul sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içənlərin əksəriyyəti isə bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir…

Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda  ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir. Küçələrdə satılan rəngli limonadlarla bağlı vəziyyət lap biabırçıdır. Hamam vannasında yuduqları qablara limonad doldurub küçələrdə satırlar. Bu cür məhsullar Azərbaycanın bütün rayonlarında istehsal olunur. Yoxlamaların da heç bir təsiri yoxdur. Hansı yolla isə uyğunluq və gigiyenik sertifikatı alan sahibkarlar bizi aldatmaqda davam edirlər.

Su satışı isə şəhəri əksər yerlərində bərbad vəziyyətdədir. Su içildikdən sonra stəkan bir dəfə yuyulur və  sonra digər müştəriyə su satılır. Mingəçevirin müxtəlif ünvanlarında belə iyrənc xidmət baş alıb gedir. Görəsən Qida Təhlükəsizliyi Agentliyinin bundan xəbəri varmı?

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close