Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!”

Beyləqan, Füzuli və Tərtər rayonlarında yeniyetmə və gənclərin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar keçirilib

46

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi  “Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!” layihəsini həyata keçirir.

Layihə çərçivəsində  Beyləqan,  Füzuli və  Tərtər rayonlarında  yeniyetmə və  gənclərin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar  keçirilib. Seminarlarda müvafiq rayon  icra hakimiyyətlərinin əməkdaşları iştirak edərək, qonaqları salamlayıb, həyata keçirilən layihəni yüksək qiymətləndirib, seminarların postmüharibə dövründə də ciddi fəsadlar yaradan mina və  partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükəni nəzərə alaraq  xüsusi əhəmiyyətini qeyd ediblər.

Layihə rəhbəri   Zaur Quliyev layihənin məqsəd və  vəzifələri haqqında məlumat verib, seminar iştirakçılarına uğurlar arzulayıb.

Layihə üzrə ekspert, mina təhlükəsizliyi üzrə  mütəxəssis Vaqif Sadıqov  qlobal miqyasda mina və müharibənin partlamamış qalıqları, Ottava konvensiyası, müharibənin təsirlərinə məruz qalmış rayonlarda mina və müharibənin partlamamış qalıqları (MPQ) ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları  haqda ümumi məlumat (mina mifləri), mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə fəaliyyətləri haqqında təqdimatlar edib, maraqlı  müzakirələr aparıb.

Eyni zamanda layihə çərçivəsində Tərtər rayonunda yeniyetmə və gənclərin mina təhlükəsi riskini minimuma endirmək məqsədilə “Mina təhlükəsi rəsmlərdə” adlı rəsm müsabiqəsi keçirilib.  Rəsm müsabiqəsi zamanı  30 yeniyetmə və gənc çəkdiyi rəsmlər vasitəsilə mina və müharibənin partlamamış qalıqları haqqında düşüncələrini öz rəsmləri vasitəsilə həmyaşıdlarına çatdırıb, rəsm əsərləri haqqında məlumatlar verib. 3 yaş qrupu üzrə keçirilən müsabiqədə  münsiflər heyəti tərəfindən qiymətləndirilən ilk 3 yeri  tutan qaliblərə fəxrı fərman, hədiyyə paketı və 2 həvəsləndirici yer üzrə hədiyyələr təqdim olunub.

Layihənin əsas məqsədi keçmiş təmas xəttinə yaxın və müharibədən zərərçəkmiş ərazilərdə təhsil alan, yaşayan, işləyən yeniyetmə və gəncləri mina və partlamamış hərbi sursatlar, eyni zamanda təhlükəli ərazilər, onların əlamətləri və təhlükəli ərazilərdə düzgün davranış qaydaları haqqında məlumatlandırmaq  təşkil edir.

 

İctimaiyyətlə Əlaqələr Departamenti

Şərhlər bağlıdır.