Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İxtisas Bələdçisi” Ağdaşda

Gənclərlə yiyələnmək istədikləri peşələr haqqında fikir mübadiləsi aparılıb

69

Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə, eləcə də, Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbdə “İxtisas Bələdçisi” adlı məlumatlandırıcı sessiyalar təşkil olunub.  Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Arzu Xəlilova iştirakçılara ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, gələcəyin ixtisasları, karyera planlaması üçün VİSA, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, təhsil tələbə kreditinə müraciət qaydaları, ixtisas qruplarına daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri barədə məlumat verib.

Gənclərlə yiyələnmək istədikləri peşələr haqqında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırıb. Həmçinin “Alo Karyera” dəstək xidməti barədə danışılıb.

Layihə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Təhsil Tələbə Krediti Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Şərhlər bağlıdır.