Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Təhsil şərtdir” adlı görüş keçirilib

163

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Təhsil şərtdir” mövzusunda görüş keçirilib.

Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmazın iştirakı ilə təşkil edilən görüşə universitetin tələbə və magistrantları qatılıblar.

Görüşdə təhsilin fasiləsizliyinin vacibliyindən və insan həyatının bütün mərhələlərində önəmindən danışan professor E.N.Yılmaz müasir dövrün tələblərinə uyğun bilik və bacarıqların artırılması ilə bağlı şəxsi təcrübəsini bölüşüb, tələbə gənclərə tövsiyələrini çatdırıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan görüşdə professor tələbə və magistrantların suallarını cavablandırıb.

Qeyd edək ki, professor E.N.Yılmaz Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.