Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

100

2022-ci ilin 3 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb.

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla başa çatdığını qeyd edən Ş. Bayramov imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Cari imtahan sessiyasında bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların əyani formada keçirilən imtahanlarda nümayiş etdirdikləri müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edən rektor bu münasibətlə təbriklərini çatdırıb.

İmtahan sessiyasının təşkilindən razılıqlarını ifadə edən görüş iştirakçıları universitet rəhbərliyinin, professor-müəllim və inzibati heyət üzvlərinin göstərdikləri xüsusi diqqətə və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari payız imtahan sessiyası çərçivəsində hər həftənin cümə axşamı günü olmaqla MDU-da beş “Açıq qapı” günü təşkil edilib. Universitet rəhbərliyinin tələbə, magistrant və onların valideynləri ilə belə bir onlayn platformada keçirilmiş görüşləri imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyıb.

Şərhlər bağlıdır.