QHT

“Əlillik insanlarda deyil, şüurlardadır”

Bizimlə ol” layihəsi çərçivəsində sosial teatr tamaşalarnın nümayişi və müzakirəsi olub

Yanvarın 13-də Mingəçevir Gənclər Evi maraqlı tədbirə ev sahibliyi edib. Bu, Amerikanın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Bizimlə ol” layihəsi çərçivəsində sosial teatr tamaşalarnın nümayişi və müzakirəsi olub.

Qeyd olunub ki, Mingəçevirdən start alan layihə Bərdə, Ağdam,Tərtər və Beyləqan bölgələrində də həyata keçiriləcək. Layihənin məqsədi fiziki məhdudiyyətli insanların cəmiyyətdə iştirakçılığının artırılması, onların arasında sosial inklüzivliyin təmin olunması, gənclərin daxili potensiallarının üzə çıxarılması və onların gücləndirilməsindən ibarətdir. Təlimlərdən sonra əlilliyi olan gənclərin problemləri ilə bağlı sosial teatr tamaşalar hazırlanıb, nümayiş etdirilir.

Tamaşalardan sonra gənclər fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya olunmasında maneə rolunu oynayan stereotipləri, səbəbləri müzakirə ediblər. Onlar cəmiyyətə, insanlara “Əlillik insanlarda deyil, şüurlardadır” mesajını  veriblər. Səhnələşdirilmiş həyat hekayələrində əlilliyi olan şəxslərin hərəkəti üçün pandüslərin keyfiyyətli olmaması, onların cəmiyyətdən gizlədilməsi, iş, təhsil problemi, qınaq atəşinə tutulub. Ortaq məqsəd kimi razılaşdirilıb ki, insanların bu gənclərə qarşı yanaşması dəyişilməlidir.

Gənclər Evinin direktoru Tural Kərimov rəhbərlik etdiyi qurumun qapılarının həmişə gənclərin üzünə açıq olduğunu və yeni ideya və layihələri dəstəklədiyini nəzərə çatdırıb. O vurğulayıb ki, hər bir insanda bu və ya digər formada müəyyən  məhdudiyyət var:  “Mənim də çatışmayan cəhətim bir işi görmək üçün fiziki gücümün məhdud olmasıdır. Bəzi fiziki məhdudiyyətli  gənclər Gənclər evinə gəlməkdə  çətinlik çəkirlər. Bu problemi aradan qaldırmaq üçün binaya giriş pilləkənlərinin bir hissəsində pandüsün düzəldilməsini özümüz həll edəcəyik.  Amma ikinci və üçüncü mərtəbələrə qalxmaq üçün liftin qurulması çox maliyyə tələb edir və biz bu probleminin həllində gücsüzük”.

Tural bəy birinci mərtəbədə mobil otağın ayrıldığını və fiziki məhdudiyyətli gənclərin orada müxtəlif dil kurslarında məşğul ola bilmələrini iştirakşılarının nəzərinə çatdırıb.

Tədbirin sonunda layihənin reallaşmasına köməkliyini əsirgəməyən gənclərə sertifikatlar təqdim olunub.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close