Hadisə

Mingəçevirdə mikroavtobus aşdı, xəsarət alanlar var

Qəzada 3 nəfər yaralanıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close