Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı”

217

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə Ictimai Birliyi tərəfindən həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində təlimlər davam edir. Mingəçevir Regional QHT Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti nümayəndələri üçün “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb. Təlimdə Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi iştirak edib. Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim zamanı bir-neçə region QHT-si üçün subdomenli saytlar və QHT liderlərinin üçün bloqlar yaradılıb.

Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.

Xatırladaq ki, www.qht.az – vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Bundan başqa 100 QHT lideri üçün bloqlar yaradılıb və onkar haqqında informasiya bankı formalaşdırılıb.

Eyni zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır.

Şəmsi Əsədullayev Xeyriyyə Ictimai Birliyi 

Şərhlər bağlıdır.