Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MİQ müdavimləri ödənişsiz əldə etdikləri biletlərlə öz təcrübələrini test edəcəklər

Paytaxtda və ətraf bölgələrdə gənclərin inkişafı ilə məşğul olan bir çox qurumlar və savadlı müəllimlər fəaliyyət göstərir. Amma çox az sayda müəllim və qurum var ki, Dövlət Qulluğuna, YÖS və Magistr imtahanına hazırlaşan gənclərə dəstək çərcivəsində davamlı olaraq ödənişsiz seminar və sınaq imtahanları təşkil edirlər. Mingəçevirdə yaşayan Elçin Mirzəyev belə müəllimlərdəndir.

Ziyalı ailəsində böyüyən Elçin müəllim Azerbaycan Müellimler İnstitutunda tehsil aldıqdan sonra Baki Dövlet Universitetinin Ekologiya ve torpaqsunasliq fakültesinin məzunu olub. Magistr təhsilini də BDU-da davam etdirən E.Mirzəyev bir müddət Bakıda fəaliyyət göstərsə də, 2016-cı ildən Mingəçevirə qayıdıb. 2017-ci ildə magistraturaya hazırladığı tələbələrin 97 faizi qəbul olub. Məntiqli Avopa yarışının finalçısı, müəllimlərin işə qəbulu üçün hazırlanmış kitabın müəllifidir. 2020 ci ildən öz komandası ilə birlikdə  Mingəçevirdə yerləşən “COMPSTUDY-TM”də çalışır. Öz strukturunu inkşaf etdirməklə yanaşı əksər gənclərə də dəstək göstərir.

Yanvar ayının 26-da Elçin müəllim Mingəçevir Dövlət Universitetində təmənnasız olaraq ”Regionun ən böyük sınaq imtahanı”nı təşkil edəcək.  Müəlimlərin İşə Qəbulu  (MİQ) üzrə sınaq imtahanında Mingəçevirlə bərabər Azərbaycanın Bərdə, Tərtər, Göyçay, Şəki, Yevlax və Ağdaş bölgələrindən də MİQ müdavimləri ödənişsiz əldə etdikləri biletlərlə öz təcrübələrini test etmiş olacaqlar.

Şərhlər bağlıdır.