AzərbaycanMərkəzi Qurumlar

İlham Əliyev Mingəçevirdə

Dövlətimizin başçısı yenidən qurulan “Azərbaycan” İstilik Elektrik Stansiyasının, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin və Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışlarında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərində səfərdə olub. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər. Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb və çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close