Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident İlham Əliyev Mingəçevirə səfər edib

APA TV xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Daha sonra Prezidentin iştirakı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

Dövlət başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında da iştirak edib. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

Dövlət başçısı daha sonra iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Prezidentə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

https://www.youtube.com/watch?v=PWV-vCPf_kE

Şərhlər bağlıdır.