Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İctimai baxışa gələn icra hakimiyyəti başçısı şəhərin hər bir ərazisindən xəbər olduğunu bildirib

İyulun 17-də Mingəçevirin Energetiklər qəsəbəsində,  Abdulla Şaiq və Naxçıvan küçələrində son aylarda görülmüş işlərə ictimai baxış keçirilib.  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki,  adı çəkilən ünvanlarda  binaların giriş hissələrinə qapılar qoyulub, həyətlərdə işıqlanma sistemi qurulub, oturacaqlar rənglənib: “Mən özüm şəxsən şəhərin hər bir  ərazisini gəzirəm, harada problem olduğunu yaxşı bilirəm”.

Başçı onu da vurğulayıb ki, İcra Hakimiyyətinin sifarişi ilə əsaslı tikinti şöbəsi və Mənzil Kommunal  Təsərrüfatı Kombinatı bu il qəsəbədə 12 binanın dam örtüyü və fasadını yeniləyəcək. İşlər paralel olaraq keçmiş Tərəvəzçilik sovxozunun və Mingəçevir kəndinin ərazilərində, Sağ sahil qəsəbəsində və Bağlar massivində  də aparılacaq.

İctimai baxış prosesində iştirak edən məhəllə sakinləri kanalizasiya  xətlərinin nasaz vəziyyətə düşdüyünü və tullantı sularının binaların zirzəmilərinə axdığını nəzərə çatdırıblar.

İlham İsmayılov: “9 may həm də bizim tariximizdir”4

Başçı 4 ailənin problemini həll etdi Mingəçevirdə növbəti könüllülər qrupuna sertifikatlar verildi

Şərhlər bağlıdır.