Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bazar ətrafında sıxlığı aradan qaldırmağın yolu tapıldı

189

Bir neçə aydır ki, Mingəçevirdən yaxın kəndlərə işləyən avtobus marşurutlarının  şəhər ərazisində dayanacaq  yeri ilə bağlı məsələ müzakirə olunur. Problemin həlli istiqmətində artıq əksəriyyəti məmnun  salan razılaşma əldə edilib.

Bu barədə “Avtomobil  nəqliyyatı ilə daşımaların  təşkili” MMC-nin Mingəçevir regional bölməsinin sözcüsü Sahib Kərimov məlumat verib. Onun dediyinə görə, bir neçə ay öncə bazar ətrafı ərazilərdən qonşu rayonların kəndlərinə işləyən marşurut avtobuslarının dayanacağını mövcud məkanda sıxlığı aradan qaldırmaq məqsədilə şəhərin çıxacağında yerləşən avtovağzal ərazisinə köçürmək barədə sərəncam verilmişdi. Bu qərar sürücü və sərnişinləri narazı salmışdı:

“Kənd marşurutları əsasən  bazar ətrafı ərazilərdən yola düşür. Onların sərnişinləri də məhz  yaxın ətrafdan məhsullarını Mingəçevir bazarlarına gətirən kəndlilərdir. Dayanacağın avtovağzala köçürüləcəyi təqdirdə onların gəlişi və qayıdışı əlavə vaxt itkisinə və yeni  məsrəflərə yol aça bilər. Buna görə də  Müşfiq Mirzəyev küçəsində, ticarət mərkəzi yaxınlığında iri dayanacağı beş il müddətinə icarəyə götürüb, sürücülərin ixtiyarına vermişik. Bu yer həm sürücü, həm də ticarət edən kəndlilər üçün sərfəlidir. Razılaşma əldə olunub və yekun təklifimizi  şəhər rəhbərliyinə təqdim edəcəyik. Bu, aylardır sürən bir problemin  vətəndaş marağının  müsbət həlli istiqamətində həll yoludur”.

Müsahibimizin dediyinə görə, indidən sonra kəndlərdən gələn marşurut avtobusları sərnişinləri götürmək üçün  dayanacaqdan bazar ətrafına növbəlilik əsasında yaxınlaşacaq. Bu isə ərazidə hərəkət sıxlığını aradan qaldıracaq.

Şərhlər bağlıdır.