Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qadınların cəmiyyətdə rolunu artırmaq, sosial statusunu yüksəltmək üçün

189

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində Mingəçevirdə “Qadın hüquqları” üzrə seminar keçirib. Layih’nin ekspert Məftunə İsmayılova ailənin sosial-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətlərin uşaqlara və  sosial rollara təsiri, uşaqların davranışlarının qiymətləndirilməsi, valideynlik bacarıqları barədə məlumat verib. O, qeyd edib ki, bütün qadınları bir audioriyaya yığmaq mümkün deyil: “Buna görə də məktəb psixoloqlarını, ictimayyət nümayəndələrini dəvət etmişik. Bu yolla hər bir ailəyə daxil ola biləcəyimizi düşünürük. Çalışırıq ki, ailədaxili narahatlıqları erkən aşkarlamaqla problemin həllinə dəstək verə bilək”.

GİZ-in layihə üzrə əməkdaşı Məlahət Mövsümova bildirib ki, məişət zorakılığı ilə davamlı mübarizə aparılmasa, qadınların cəmiyyətdə rolunun artırmaq, sosial statusunu yüksəltmək mümkün deyil: “Milli-mənəvi dəyərlərimizə yad olan bu cür zorakılıq halları qadın və uşaqlara qarşı fəsadlar törədir. Qadınların nikah qeydiyyatına alınmaması, yeniyetmə qızların təhsildən yayındırılaraq, erkən ərə verilməsi onların psixologiyasına mənfi təsir göstərir, cəmiyyətdən təcrid olunmalarına gətirib çıxarır”.

Şərhlər bağlıdır.