Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BİL – “Birlik” İntellekt Liqasında final həyəcanı!

Gənclərin İnkişaf Karyera Mərkəzinin (GİKM) 46 nümayəndəliyində sinxron şəkildə keçirilən, 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan, “Nə? Harada? Nə zaman?” formatında reallaşan BİL – “Birlik” İntellekt Liqası başa çatıb.

7 həftə davam edən liqada GİKM-in Mingəçevir nümayəndəliyindən ümumilikdə 6 komanda olmaqla, 28 gənc iştirak edib.

İntellekt Liqasının final turunda qaliblər müəyyən olunub. Ağdaş nümayəndəliyinin “White stone” komandası birinci, Qazax nümayəndəliyinin “Sarkazm” komandası ikinci, Sumqayıt nümayəndəliyinin “Generation” komandası isə üçüncü yerdə qəararlaşıb.

Dostluğun qalib gəldiyinə inanır, komandaları təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayırıq.

#AzGF #GİKM #MingəçevirGİKM #MingəçevirGəncləri #BirlikİntellektLiqası #intellektualyarış #inkişafınmərkəzindəSən #mərkəzsənSən

Şərhlər bağlıdır.