Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 25-də sahibkarlarla görüşüb. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrindən danışan başçı qeyd edib ki, bütün bunlar hesabına saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri və yeni iş yerləri açılıb.
Başçının sözlərinə görə, sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandırıb: “Biz şəhərdə turizm və sənaye potensialının inkişaf etdirilməsində, iş adamlarının layihələrinin reallaşdırılmasında maraqlıyıq. Sahibkarların fəaliyyətinə heç bir müdaxilə ola bilməz, amma onlar işlərini qanun çərçivəsində həyata keçirməlidirlər”.
İş adamları son 3 ildə ölkədə sahibkarlıq mühiti üçün daha əlverişli şərait yaradıldığından danışıblar. Sahibkarlardan biri kifayət qədər gil ehtiyatı olan şəhərdə kərpic zavodu açmaq istədiyini, lakin maliyyə dəstəyinə ehtiyacı olduğunu, digərləri isə bəzi problemlərin qaldığını diqqətə çatdırıblar. Onlar bildiriblər ki, texniki şərt almalarına baxmayaraq, qaz verilişində süni maneələr yaradılır, normadan artıq gərginlikdə enerji ötürülməsi avadanlıqları sıradan çıxarır.
Sahibkarlar Dövlət Əmlak Komitəsiin ünvanına da iradlarını səsləndiriblər. Belə ki, şəhərdə hərraca çıxarılan qeyri yaşayış sahələri ilə bağlı elanlar yerli qəzetlərdə deyil, Bakııdakı mətbu nəşrlərdə verilir, onsuz da qıt olan torpaqların satış və icarəsi naməlum şəraitdə həyata keçirilir.
sahibkarları dinləyən başçı onlara kömək etməyə hazır olduğunu bildirib.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Əvvəlki yazı
Şərhlər bağlıdır.