Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhid ailələri problemlərini başçıya çatdırdılar

Dekabrın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyətində İH başçısı İlham İsmayılov şəhid ailələrini qəbul edib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Mingəçevir filialının sədri Nizami Təhməzov və şəhid ailələrinin nümayəndələri şəhid ailələrini narahat edən problemlərdən  danışıblar. Onlar mənzil qeydiyyatına durmaqda, övladları üçün iş yeri tapmaqda çətinlik çəkdiklərini də gizlətməyiblər.

Onları dinləyən İcra Hakimiyyəti başçısı bildirib ki, bütün problemlərdən xəbəri var: “Gələn ildən Mingəçevirdə “Azərxalça” İstehsalat Birliyinin filialı fəaliyyətə başlayacaq. Artıq tikinti üçün yer də ayrılıb. Bundan başqa Sənaye Parkında növbəti bölmələrin tikintisi nəzərdə tutulub. Bu da yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq. Nəticədə bir çox işsizlərin, o cümlədən sizin ailə üzvlərinizin işlə təmin olunmasına imkan yaranacaq. Biz bu şəhər üçün əlimizdən gələni etməyə çalışacağıq. Bu, Prezidentimizin tövsiyyəsidir”.

Şərhlər bağlıdır.