BələdiyyəMingəçevir

Mingəçevir Bələdiyyəsinin sakinlərə Yeni il hədiyyəsi

Yeni il ərəfəsində Mingəçevir Bələdiyyəsi “Nərimanov” məhəllə komitəsinin ərazisində (N.Nərimanov prospektindəki 39, 41, 43 və 45 saylı binaları əhatə edir) yaşayan sakinlərə bayram hədiyyəsi olaraq, “Nümunəvi məhəllə”ni təhvil verib. Sakinlərin istirahət yeri kimi nəzərdə tutulmuş sahənin kənarlarına 60 ədəd şam və küknar ağacları əkilib. Uşaqların əylənməsi üçün iki ədəd sürüşkən, iki ədəd yellənçək, müxtəlif növ idman qurğuları quraşdırılıb. Sahənin ortasında mini-futbol yarışları üçün kiçik stadion yaradılıb. Yarışları izləmək istəyən və istirahət edənlərin rahatlığı üçün 11 ədəd (hər biri 2 metr olmaqla) oturacaqlar qoyulub.

Sakinlər məhəllədə uşaq və böyüklər üçün yaradılmış şəraitə görə bələdiyyəyə təşəkkürlərini bildirərək, məhəllənin səliqə-sahmanlı saxlanılmasını öhdələrinə götürüblər.

Mingəçevir Bələdiyyəsindən verilən məlumata görə, “Nümunəvi məhəllə” layihəsi gələn il də başqa  ərazilərdə davam etdiriləcək.

Tag
Daha çox

Oxşar yazılar

Close