Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ekskursiya formatında düşərgə

Azərbaycan Gənclər Fondunin dəstəyi ilə  «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən həyata keçirilən  “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” adlı layihə  çərçivəsində  növbəti  ekskursiya formatında düşərgə təşkil olunub. Göygöl Olimpiya İdman Kompleksində sentyabrın  11-dən 13-dək cəbhəyanı  bölgələrdən olan  region gənclərinin  iştirakı ilə baş tutan  ekskursiya və düşərgənin iştirakçıları  müxtəlif maarifləndirici sessiyalara qatılıblar. Onlar Qarabağ, Gəncə-Qazax regionunun tarixi-arxeoloji abidələrı, Göygöl Milli Parkı, muzeylər, Bayraq meydanı, Heydər  Əliyev mərkəzləri ilə tanış olublar. Təqdimat və  praktik təlimlərdən,  intellektual-əyləncəli müsabiqələrdən, idman yarışlarindan, xüsusən Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq  fürsəti əldə edibıər.

Layihə çərçivəsində gənclər “Naftalan-Goranboy arxeoloji ekspedisiyası”nın  rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi altında aparılmış arxeoloji qazıntılarla yaxından tanış olublar. Onlar qazıntıların aparılma qaydaları və  qazıntı zamanı aşkar edilən qiymətli tapıntıların inventarlaşdırılması haqqında da bilgilər əldə ediblər.

Şərhlər bağlıdır.