Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hər əzaba qatlaşan qadınlar

Azərbaycan qadını  həmişə zəhmətkeş, ailəcanlı olub. Xüsusən iqtisadiyyatımızın krizis keçirdiyi indiki  durumda daha çox ağrlıq  onların çiyinlərinə düşüb. Bəlkə də kişilər cəmi bircə gün qadın olub, bu insanların  nə boyda yükü çəkdiklərini görsəydilər,   özlərinin qat-qat gücsüz olduqlarını etiraf edərdilər.

Bu gün işsiz qalan kişilərin bir hissəsi çörək pulu ardınca başqa şəhər və ölkələrə üz tutub, digər  hissəsi bütün gününü çay evlərində domino və nərd oynamaqla keçirir. Qadınların qazancına göz dikən, ailənin bir həftəlik azuqəsini hansısa bir kef məclisinə xərcləyən  “kişilər” də az deyil.

Ər yanında olub-olmasa da, xanımlarımız ailənin, xüsusən uşaqların qayğısını çəkməkdən, hətta kişi işini görüb, evinə çörək gətirməkdən yorulmurlar. Gün ərzində  həyət-bacamızı süpürən, piştaxta arxasında dayanıb, göy- göyərti satan, evimizə məktub gətirən  azmı qadın görürük? Hələ təhsil, səhiyyə, mədəniyyət ocaqlarında çalışanları demirik.  Dünyamız kişilərin ümidinə qalsaydı, bəlkə də heç nəyə əli çatmayan zavallıya dönərdik.

Bu gün kişilərin idarə etdiyi cəmiyyətin həmişə sizin ağlınıza, bacarığınıza, təkanverici qüvvənizə ehtiyacı var.  Bayramınız mübarək, əziz qadınlar!   

Şərhlər bağlıdır.