Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nəsib Bayramoğludan Mingəçevirə hədiyyə

Nəsib Bayramoğlu 53 ildir ki, Mingəçevirdə yaşayıb yaradır. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla bu şəhərə gəlib. Uzun illər partiya, sovet orqanlarında, 12 il isə şəhər bələdiyyəsində çalışıb. 12 bədii, tarixi və publisistik kitab yazıb. Bir neçə gün əvvəl çapdan çıxan “Yazdım, yazdılar” adlı kitabı da onun özünə-məxsus yaradıcılığının davamıdır.

Yeni kitabda müəllifin görkəmli şairimiz Məmməd Aslan haqqında xatirələri, Mingəçe-virin tarixinə dair məqalələri, onun fəaliyyəti, məşğuliyyəti barədə müxtəlif qəzetlərdə, o cümlədən “Mingəçevir işıqları”nda dərc olu-nan yazılar toplanıb. “Küçə adlarımız”, “Əli qəbiristanlığı”, “Ay işıqlı şəhərim”, “Mingəçevir və mingəçevirlilərə ədəbi abidə”, “Bu hansı körpüdür?” sərlövhıli yazıları 70 yaşlı şəhərimizə hədiyyə kimi də qəbul etmək olar.

“Sabah” nəşriyyatında 200 nüsxə ilə çap olunan kitabın redaktoru AJB və AYB-nin üzvü Yusif Ələkbərovdur.

Şərhlər bağlıdır.