Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə gizli qalan istedad

422

Ailələrə Sosial Dəstək İctimai Birliyi  Mingəçevir Dövlət  Rəsm Qaleriyası ilə  birgə sərgi təşkil edib. Sərgidə Solmaz Şükürovaya məxsus əl işləri nümayiş etdirilib. Məqsəd evdar qadınların istedadlarını üzə çıxarmaq, onları ictimaiyyətlə bölüşmək olub.

İctimai birliyin əməkdaşı Mətanət Yusifova Solmaz xanımın evdar, eyni zamanda gözəl əl qabiliyyətinə malik bir xanım olduğunu deyib: ”Çox təəssüflənirəm ki, belə gözəl əl işlərindən heç kimin xəbəri yoxdu. Bu istedad bu vaxta kimi gizli qalıb. Biz çalışırıq ki, belə istedadları və onların əl işlərini cəmiyyətə tanıdaq, onu hər kəslə bölüşək. Çünki bu cür gözəllik gizli qalmamalı, hər kəs bundan yararlanmalıdır”.

Səbəbkar Solmaz Şükürova əl işlərinin daha çox gips və muncuqlardan hazırlandığını deyib: ”Bu iş böyük səbr tələb etsə də, mən yorulmadan hər bir işimi böyük sevgi ilə görür və əldə etdiyim nəticədən də zövq alıram. Təbiətə daha çox vurğun olduğum üçün əl işlərimdə təbiət mənzərlərinə üstünlük verirəm”.

Solmaz xanım bu istedada sahib olmasında heç kimdən kömək almadığını, yalnız öz ideyaları əsasında işlədiyini də söyləyib: ”Hələ orta məktəb illərindən bu işlə məşğul oluram. Həmişə yeniliklər axtarışında olmuşam. Diqqətimi cəlb edən hər bir gözəlliyi dərhal yaratmağa çalışmışam”.

Şərhlər bağlıdır.