Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboy-Ağcakənd yolunun ətrafında iri gövdəli ağac aşıb

Goranboy rayonunun Heydər Əliyev prospektində  iri gövdəli çinar ağacı küləyə tab gətirməyərək aşıb. Hadisə zamanı xəsarət alan olmayıb. Küləyin aşırdığı ağac avtomobillərin hərəkət etdiyi yola düşdüyündən gediş-gəlişdə müəyyən çətinlik yaranıb. Aşmış ağac aidiyyəti qurumlar tərəfindən ərazidən götürülüb.

Güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Hazırda  rayonun  Ağcakənd, Qızılhacılı, Boluslu, Səfikürd, Tatarlı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Şərhlər bağlıdır.