Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sərnişinlər Bakı Metropoliteninin rəhbərliyinə müraciət yollayıb – FOTO

281

Bakı şəhərində yaşayan, işləyən və təhsil alan bir qrup sosial şəbəkə istifadəçiləri facebook sosial şəbəkəsi vastəsi ilə Bakı Metropolitenin rəhbərliyinə müraciət yollayıb.

Məktubun mətnini oxucularımıza olduğu kimi təqdim edirik:

Hörmətli, Bakı Metropolitenin rəhbərliyi. Bir çox vətəndaşlarımızın adından Bakı Metropolitenində olan neqativ hallar haqqında Sizi məlumatlandırmaq istəyirik. Hər gün səhər və axşam saatlarında əhali sıxlığını nəzərə alaraq qatarlar arasında vaxt intervalının az olması, hələ də ləğv olunmayan 2008-2009-cu illərdə Rusiya istehsalı olan köhnə qatarlarda havalandırma sisteminin olmaması, yeni gətirilmiş müasir qatarların stansiyada çox nadir hallarda görünməsi ilə bağlı lazımi tədbirlərin görülməsini Sizdən xahiş edirik. Müasir qatarların ölkəmizə gətirilməsi cari problemi qismən həll etsə də, onlara təyin olunan vaxt intervalının azlığına görə əhali daha çox köhnə qatarlara minməli olur. Yeni tədris ili ilə əlaqədar olaraq tələbə çoxluğunu nəzərə alsaq, vaqonlarda əhali sıxlığı daha da artmış və sərnişinlər arasında bir çox hallarda havasızlığa görə yaşından asılı olmayaraq kişi və qadınlarımızın qarşıdurmasına və xüsusən də az yaşlı uşaqların, hamilə qadınların sıxlıqdan daha çox əziyyət çəkmələrinə səbəb olur. Metrodan istifadə edən ailə üzvlərimiz, həmçinin ölkəmizin digər vətəndaşları adından, günün ən qaynar saatlarında heç olmasa araya boş qatarların buraxılmasını və havalandırma sisteminin təcili şəkildə təmir edilməsini Sizdən bir qurum olaraq ciddi cəhdlə xahiş edirik. Metro stansiyalarında təbii havalandırma üçün şərait yaradılsa da bu üsul özünü doğrultmur və xüsusi sistemlərinin quraşdırılmasına ehtiyac var. Metrodan daimi istifadə edən vətəndaşlarımızla birgə bu məsələni ictimaiyyətə çatdırmaqla problemlərin tez bir zamanda həll olmasına inanırıq.

Mənbə: Facebook.com

Şərhlər bağlıdır.