Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı tapşırığını verdi: “Vətəndaş müraciətlərinə diqqətlə yanaşın”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sentyabrın 18-də şəhərin M.Maqomayev prospektindəki 50, 52 və 54 saylı yaşayış binalarının sakinləri ilə görüşüb. Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışan başçı diqqətə çatdırıb ki, Azərbaycanda geniş quruculuq, yenidənqurma işləri reallaşır, ölkənin ən ucqar bölgələrinə qaz xətti çəkilir, su-kanalizasiya sistemi yenidən qurulur, işıqlandırma sistemi müasirləşir, yaşıllıq zolaqları genişlənir, yeni və müasir məktəb binaları, mədəniyyət ocaqları, səhiyyə müəssisələri inşa olunur.  Regionlarda həyata keçirilən iqtisadi inkişaf Proqramı əslində əhalinin sosial-məişət şəraitinin yaxşılaşmasına xidmət göstərir. Şəhər rəhbəri dövlət başçısının cari ildə iki dəfə əhalinin sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı sərəncamlara əsasən minimum əmək haqqı, pensiya, məcburi köçkünlərə və müxtəlif kateqoriyadan olan insanlara ayrılan müavinətlərin artırıldığını, şəhid ailələrinə birdəfəlik  müavinətlərin verildiyini də vurğulayıb.

Sakinlərdən Zahid Qasımlı, Dusya Əliyeva, Maral Qurbanova, Nazimə Əliyeva və başqaları narahatlıq doğuran məsələləri diqqətə çatdırıblar. Onlar bildiriblər ki, həyət-bacanı, zirzəmiləri  siçovullar basıb, məişət zibilləri yığıldıqdan sonra yeri dərmanlanmır, Profilaktiki Dezinfeksiya Stansiyası isə konkret iş görmür. Binaların dam örtüklərinin təmirinə, tüstü bacalarının təmizlənməsinə, təhlükə yaradan ağacların budanmasına, kanalizasiya xətlərinin yenilənməsinə, çoxmənzilli binaların mərkəzləşdirilmiş istilik sistemi ilə təchizatına ehtiyac var.

Sakinlər çıxışları ilə şəhərimizdə həyata keçirilən quruculuq işlərini, parkların, istirahət bağlarının müasirləşməsini, küçələrin asfaltlanmasını, məhəllələrin işıqlandırma sistemi ilə təchiz edilərək əsaslı tikinti işlərinin reallaşmasını təqdir etdi.  Eyni zamanda onları narahat edən istilik sisteminin bərpa edilməsi, binaların giriş hissələrinin təmir edilməsi, , dam örtüklərinin və kimi məsələləri də qeyd etdilər.

Bütün fikirləri qeydə alan başçı aidiyyəti qurumların rəhbərlərinə üzünü tutub: “Vətəndaş müraciətlərinə diqqətlə yanaşın. Bütün məsələlər tezliklə həllini tapmalıdır”.

Şərhlər bağlıdır.