Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə musiqi bayramı

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Dahi bəstəkar və musiqişünas alimin 134 illik yubleyi elə onun adını daşıyan Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin qarşısında, açıq havada, xalq çalğı alətləri orkestrinin ifasında canlı konsert proqramı ilə qeyd edilib. Orkestrin bədii rəhbəri və drijoru Elşən Bağırovun Üzeyir bəylə bərabər Müslüm  Maqomayevin bəstələri də ifa olunub. Məktəbin səs sinifinin müəllimi İsa Müseyibovun canl ifasında “Sevgili canan” romansı konsertə toplaşanlarda daha çox məmnunluq yaradıb.

Ömrünün 45 ilini musiqiyə həsr edən tar müəllimi və orkestrin konsertmeystri Tariyel Hidayətov bildirib ki, Azərbaycanda peşəkar musiqi sənətinin formalaşmasında və milli operanın yaranmasında  Üzeyir Hacıbəylinin əvəssiz xidmətləri olub: “Məktəbimiz  dahi bəstəkarın adını daşıyır. Musiqi məktəbi 11 illik olandan sonra xalq çalğı alətlər orkestri yaradılıb. Bu yaxınlarda orekstrimizin 10 illik yubleyi qeyd ediləcək. Şəhər tədbirlərində, müsabiqələrdə orkestrimiz fəal iştirak edir”.

Konsert proqramını Bərdə Regional Mədəniyyət idarəsinin Mingəçevir  nümayəndəsi və digər mədəniyyət işçiləri və şəhər  ictimayyətinin nümayəndələri izləyiblər.

Şərhlər bağlıdır.