Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qafqaz: Gözəlliklər və kədər diyarı”

Kitabın redakoru, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı bu dəyərli əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda bütün türk dünyasına, islam aləminə qarşı açıq müharibəyə atılmış erməni millətçilərinin tarix  boyu törətdikləri çirkin əməllərdən, məkrli siaysətdən, Azərbaycanın və Türkiyənin torpaqlarını ələ keçirmək üçün həyata keçirdikləri cinayətlərdən söz açılır: ”Kitab hər bir azərbaycanlı, bu yurdu sevən və onun dünəni, bu günü, sabahı barədə düşünən Vətən övladları üçün çox dəyərli mənbədir”.

Digər çıxışlarda da tədqiqat əsərinin məziyətlərindən danışılıb. Qeyd edilib ki, “Mingəçevirin ensiklopediyası”nı çapa hazırlayan, şəhərin ilk qurucuları haqqında kitab yazan da məhz P.Qurbanzadə olub. Elə bu səbəbdən Mingəçevir tarixindən söhbət düşəndə o həmişə yada düşür. 80 yaşı olmasına baxmayaraq,  yaradıcılıq eşqi bitib-tükənməyən Pənah Qurbanzadə hamı üçün maraqlı olan mövzuları ustalıqla qələmə alır.  “Qafqaz:  Gözəlliklər və kədər diyarı” da belə kitablardandır və onun məktəblərdə təbliğ olunması, eyni zamanda müəllifin  əməyinin dövlət tərəfindən qiymətləndirilməsi arzuolunandır.

P.Qurbanzadə Mingəçevir Bələdiyyəsinin vəsaiti hesabına çap olunan kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə şəhər Bələdiyyəsinə, o cümlədən bu qurumun sədri  Coşqun Abdullayvə təşəkkür edib və diqqətə çatdırıb ki, hazırda hazırda 23 adda kitabı əlyazma şəkilində qalmaqdadır: “Ola bilsin ki, qələmə aldığım həmin tarixi faktlar bir çoxuna məlumdur. Amma mən yeni fikirlər irəli sürməyə çalışmışam. Çox istərdim ki, həmin əsərlərim də işıq üzü görsün”.

Şərhlər bağlıdır.