MingəçevirQHT

Gəncəlilər intellektual oyunun qalibi oldular

Noyabrın 3-də “Nə?Harada?Nə zaman” intellektual oyunu üzrə “Mingəçevir kuboku” keçirilib. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin dəstəyi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə baş tutan növbəti intellektual  oyun şəhərimizin 70 illik yubileyinə həsr olunub. İB-nin icraçı direktoru Rəşad Qurbanov şəhərin tarixindən danışıb,  MİOK-un rəhbəri Vüsal Mahmudov isə oyunun şərtləri haqqında məlumat verib. On səkkiz komandanın qatıldığı yarışın  hər turunda 15 sual olmaqla ümumilikdə 45 sual səsləndirilib. İlk üç yerin sahibi olan komandalar qalibi müəyyənləşdirmək üçün “Xəmsə” Milli İntellektual Oyunu üzrə öz aralarında mübarizə aparıblar. Sonda Gəncə şəhərinin “Felina” komandası kuboka layiq görülüb. “AİK” (Ağdaş) ikinci, “Panteon” (Mingəçevir) isə ikinci-üçüncü yerləri bölüşdürüblər.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close