Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş martın 29-da Vyanada baş tutacaq.
Bununla bağlı “İnterfax” Avstriya paytaxtındakı mənbəyə istinadla məlumat verib.
“Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, – mənbə bildirib.
Martın 14-də Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan etmişdi ki, Bakı və Yerevan Azərbaycan prezidenti və Ermənistan baş naziri arasındakı görüşün vaxtını razılaşdırırlar.
Onun sözlərinə görə, həmçinin, iki ölkə xarici işlər nazirlərinin də görüşü hazırlanır.
Источник: oxu.az
Şərhlər bağlıdır.