Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar açılıb

242

2 fevral Gənclər günü münasibəti ilə şəhərin Ağsaray otelində  musiqili, əyləncəli bayram tədbiri keçirilib.İlk olaraq gəncləri Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Sahib Əliyev çıxış edib. O, 2 fevral Gənclər gününün əhəmiyyətindən danışıb, bu günün ulu öndərimiz tərəfindən gənclərə hədiyyə edlidiyini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən Mingəçevir gənclərinin ictimai-siyasi, elmi və mədəni fəallığını təmin etmək, idman  bacarıqlarını artırmaq üçün zəruri addımlar atılıb. Gənclərin asudə vaxtlının səmərəli keçməsi üçün Gənclər evi, Kür Olimpiya İdman Mərkəzi, Sahil parkı yenidən bərpa edilərək, onların ixtiyarına verilib.

Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəflinin dediyinə görə, gənclərimiz  ölkə  üzrə keçirilən   müxtəlif  idman  yarışlarında ötən il şəhərə 107 medal gətiriblər: “Onu da  fəxrlə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən 5 il ərzində gənclərimiz 188 layihə həyata keçiriblər. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar açılıb. Biz də ümidimizi bu gəncliyə bağlamışıq”.

Daha sonra Gənclər və İdman İdarəsi bir qrup fəal gəncə və  orta məktəblərdə keçirilən  müsabiqənin qaliblərinə qazandıqları nailiyyətlərə görə  fəxri fərman və diplomları təqdim edib.

Gənclər şən musiqi sədaları altında rəqs edib, mahnı oxuyub və beləcə daha bir ili arxada qoyublar.

Şərhlər bağlıdır.