BələdiyyəMingəçevirTəqvim

Mingəçevir Bələdiyyəsinin üzvləri şəhərin qurucuları ilə çay süfrəsi ətrafında bir araya gəlib

Mingəçevirlilər üçün qarşıdan iki möhtəşəm bayram günləri yaxınlaşır: 9 Noyabr – Dövlət Bayrağı günü və 11 Noyabr-Mingəçevir şəhərinin 70 illiyi. Hər iki bayrama şəhərdə böyük hazırlıq gedir, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir. Məhz bu məqsədlə Mingəçevir Bələdiyyəsinin üzvləri şəhərin qurucuları ilə çay süfrəsi ətrafında bir araya gəliblər. Bələdiyyə sədri Coşqun Abdullayev onları Dövlət Bayrağı günü və şəhərin 70 illiyi münasibəti ilə təbrik edib.

Şəhər Veteranlar Şurasının sədri Ələm Məmmədov, sədr müavini Qəşəm İsmayılov, Mingəçevirin tarixindən və bu günündən yazan Pənah Qurbanzadə və Nəsib Süleymanov, əmək veteranları Tahir Məmmədov, Sevindik Zamanov, Ağagül Əliyev, bələdiyyə üzvü Zahid Qasımlı və başqaları şəhərlə bağlı xatirələrini, təəssüratlarını bölüşüb, Mingəçevirin  problemlərindən danışıb, onları aradan qaldırmaq üçün təkliflərini bildiriblər.

Təqaüddə olan jurnalist P.Qurbanzadə kitablarından birinin çapına bələdiyyədən maliyyə dəstəyi istəyib. C.Abdullayev bu təklifin bələdiyyənin növbəti iclasında müzakirə olunacağına və ona kömək göstəriləcəyinə söz verib.

Tag
Daha çox

Oxşar yazılar

Close