Gəncədə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayır
Gəncə şəhərində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətnun təşkili” adlı layihənin icrasına başlanıb. Bu barədə “Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyinin və layihənin rəhbəri Rövşən Novruzov “Mingəçevir işıqları” qəzetinə məlumat verib. O, bildirib ki, ictimai birliyin layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial xidmət sifarişi üzrə bağlanmış müqavilə çərçivəsində həyata keçirilir: “Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə davamlı sosial xidmətlərin göstərilməsidir. Layihə çərçivəsində 100 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaq. Mərkəzə Gəncə ilə bərabər ətraf rayonlardan da xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəlb ediliblər. Layihənin uğurla icrası üçün Sosial Xidmətlər Agentliyindən hərtəfərli dəstək alırıq”. .
Rövşən müəlimin sözlərinə görə, məşğələlər nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir: “Onların davranış vərdişləri və bacarıqlarında, qrup və ətrafdakı insanlara uyğunlaşma prosesində, ictimai qaydalara riayət etmələrində yeni bacarıq və vərdişlər yaranacaq”.
Şərhlər bağlıdır.