AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları qazi məzunu ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə universitetin məzunu, Vətən müharibəsi qazisi Elçin Abduləzimovu ziyarət edib.

Qazi məzun ilə görüşdə müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən danışılıb. Vətən tarixinin şanlı səhifələrini yazan igid əsgər və zabitlərimizlə qürur duyduqlarını bildirən MDU kollektivi üzvləri ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

Tarixi zəfər yürüşündə keçdiyi döyüş yolundan və iştirak etdiyi əməliyyatlardan söhbət açan E.Abduləzimov qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib,

Bildirilib ki, E.Abduləzimov Tərtər, Ağdam və Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib və 2020-ci ilin 2 noyabr tarixində ağır yaralanıb. Aldığı üzunmüddətli müalicələr nəticəsində sağlamlığını bərpa edib. E.Abduləzimovun cari ilin mart ayında ailə həyatı qurduğu Nigar Məhərrəmova da MDU-nun məzunudur. Hər iki gənc 2016-2020-ci illərdə MDU-da İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsil alıblar.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və qazilərlə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker