Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə uşaqlar üçün günərzi mərkəzi açılıb (FOTO)

451

Sentyabr ayından Mingəçevirdə 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərən günərzi mərkəzi fəaliyyətə başlayıb. Bu barədə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyindən qəzetimizə məlumat verilib. Birliyin sədri Nailə İsmayılovanın dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə həyata keçirilən layihə 4 ay davam edəcək: “Layihə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə gerçəkləşdirilir. Biz aztəminatlı ailələrdən olan, eyni zamanda sağlamlıq imkanı məhdud uşaqlara gündəlik inkişaf xidmətləri göstəririk, həm də psixoloji dəstək veririk”.

Nailə xanım onu da əlavə etdi ki, pedaqoq və tərbiyəçilər uşaqların intellektinin inkişafıyla bağlı müxtəlif oyunlar təşkil edir, ev tapşırıqlarının həllində onlara yardımçı olurlar: “Hər bir uşağın maraq və qabiliyyəti çərçivəsində özünəxidmət bacarığını artırmaq və təxəyyülünü inkişaf etdirmək üçün müxtəlif dərnəklər də yaratmışıq”.

4 sentyabr Şəki Qida Festivalı kimi yadda qaldı Mingəçevirli gənc atalar övladlarını sevirmi? “Könüllülükdən zirvəyə”

Şərhlər bağlıdır.