Bizimlə həyatınız həmişə işıqlı olacaq!

GƏLİN İNSAN ALVERİNƏ BİRLİKDƏ “YOX” DEYƏK!

BMqT müvafiq fəaliyyəti çərçivəsində ötən illər olduğu kimi, bu il də İnsan alverinə qarşı Beynəlxalq Mübarizə Gününü Azərbaycan Hökuməti ilə birlikdə qeyd etməyi nəzərdə tutur və bu məqsədlə, maarifləndirmə xarakterli kampaniya çərçivəsində insan alveri ilə bağlı məlumatlılığın artırılması məqsədi daşıyan bukletlərin və plastik su şüşələrinin ölkənin müxtəlif yerlərində paylanılması planlaşdırılır.  30 iyul 2018-ci il tarixində saat 18:30-da başlayacaq maarifləndirmə kampaniyasının aşağıdakı ərazilərdə keçirilməsi nəzərdə tutulub:

  • Bakı şəhəri Nəsimi rayonunda- 28 May metrostansiyası ərazisində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında
  • Nəriman Nərimanov rayonu ərazisində yerləşən Nəriman Nərimanov parkının qarşısında;
  • 20 Yanvar metrostansiyası ərazisində yerləşən “20 yanvar abidə-kompleksi” qarşısında;
  • Dənizkənarı Milli Parkın ərazisində yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında;
  • Gəncə şəhəri Bayraq Meydanı ərazisində yerləşən “Gəncəçay” Park Bulvar Kompleksinin yaxınlığında;
  • Yeni Gəncə ərazisində yerləşən “Heydər Əliyev” parkında;
  • Mingəçevir şəhərində yerləşən “Sahil” parkında;

Əziz vətəndaşlar, gəlin aksiyaya qoşulaq və birlikdə insan alverinə “YOX” deyək!”

Şərhlər bağlıdır.