Elektron Hökumətin İnkişaf Mərkəzi “Rəqəmsal Jurnalistikaya Doğru” proqramının növbəti mərhələsinə start verdi
Elektron Hökumətin İnkişaf Mərkəzi (EHİM) “Rəqəmsal Jurnalistikaya Doğru” proqramını ilk dəfə bu ilin iyun ayında gerçəkləşdirmişdi. O zaman bütün müraciət edən KİV təmsilçiləri üçün iştirak etmək imkanının mümkün olmadığını nəzərə alan təşkilat dekabrın 8-dən proqramın növbəti mərhələsinə start verib. Qurumun nümayəndəsi Xəyalə Fətullayevanın dediyinə görə, məqsəd media mənsublarını jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə tanış etmək, elektron xidmətlər və rəqəmsal həllər haqqında məlumatlandırmaq bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğini təmin etməkdir.
Paşa Holdinqin maliyyə dəstəyilə baş tutan təlimin ilk günündə “ASAN Radio”nun direktoru Emin Musəvi “Jurnalistikada Son Trendlər”, ADA Universitetinin Media və Kommunikasiya üzrə müəllimi, media nəzəriyyəçisi Şəfəq Mehrəliyeva “Jurnalistikada Etik Qaydalar və Media Qanunu” və Kapital Bankın Rəqəmsal Məhsullar Departamentinin direktoru Zakir Xanməmmədov “Rəqəmsal Bankçılıq” mövzularında fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.