Hadisə

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb

Mingəçevirdə piyadanı avtomobil vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Minik maşını yolu keçmək istəyən 1958-ci il təvəllüdlü piyada Əliyeva Rəna Əlisab qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Burada ilkin tibbi yardım göstərilən qadın daha sonra Gəncədəki klinikaların birinə göndərilib.

Daha çox

Oxşar yazılar

Close