Dövlət Rəmzləri Muzeyi qapılarını açmaq ərəfəsindədir
Bir müddətdir ki, Mingəçevirdə M.Mirzəyev adına “Dostluq” parkında yenidənqurma işləri aparılır. Özündə dövlət atributlarını əks etdirəcək Dövlət Rəmzləri Muzeyi və 200 nəfərlik örtülü səhnə parkın ən görməli yerində inşa olunub. Muzeyin fasadı və daxili ən müasir üslubda dizayn edilib, milli dəyərlərimizə uyğun formalaşdırılıb. Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, daxili imkanlar hesabına tikilən muzeyin tikintisi yaxın günlərdə başa çatacaq.
Şərhlər bağlıdır.