Bizimlə həyatınız həmişə işıqlı olacaq!
Mingəçevir xəbərləri

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Yeni tibb ocağı

Martın 16-da Mingəçevirdə “Regional Hospital”ın açılışı baş tutub. Mərasimdə şəhəri İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov,  yerli və xarici qonaqlar yeni kollektivə təbriklərini çatdırıb və onlara əhalinin sağlamlığı yolunda…

3 ay ərzində 69 tədbirə 457 gənc qatılıb

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi çərçivəsində Azərbaycan Gənclər Fon-dunun maliyyə dəstəyi ilə reallaşan Debat Forumu uğurla yekunlaşıb. Forumda 22 komandanın tərkibində 66 söz cəngavəri mübarizə aparıb. Finalda…