AzərbaycanElm və təhsilMDUMingəçevirOrta və ali təhsilXəbərlər

MDU-da “Elm günü”nü silsilə tədbirlərdə

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 9 aprel 2018-ci il tarixdə cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamın icrası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyyəsi ilə bağlı Tədbirlər planına uyğun olaraq Mingəçevir Dövlət Universitetinin kitabxanasında kütləvi tədbirlər sırasına 27 Mart – “Elm günü”nə həsr olunmuş Mingəçevir Dövlət Universitetinin əməkdaşlarının elmi uğurlarını əks etdirən əsərlərdən ibarət sərgi də əlavə olunmuşdur.

Sərgidə Mingəçevir Dövlət Universitetinin professor və müəllim heyətinin Azərbaycan, rus, ingilis, alman, fransız dillərində dərslik, dərs vəsaiti, metodik vəsaitləri, tərtib və redaktə etdikləri kitablar, jurnal materialları nümayiş edilir. Sərgidə həmçinin professor və müəllim heyətinin respublikanın və onun hüdudlarından kənarda aparıcı ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, Web of Science (Clarivate Analytics), SCOPUS, РИНЦ məlumat bazasına daxil olan və Thomson Reuters sisteminə daxil olan impakt faktorlu jurnallarda, elmi əsərlər məcmuəsi və xəbərlər jurnallarında, həmçinin gənc tədqiqatçıların AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika elmi konfransların, Beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər mühüm elmi tədbirlərin materialları nümayiş olunur. Sərgiyə hər gün universitetin professor, müəllim, tələbə heyətinin nümayəndələri, ictimayyət nümayəndələri baxış keçirirlər.

100-dən çox kitabın, əsərlər məcmuəsi və xəbərlər jurnallarının, qəzet-jurnal materiallarının təqdim olunduğu sərgi martın sonunadək davam edəcək.

Daha çox

Oxşar yazılar

Close