Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tonqal ətrafında yallı rəqsi

Mingəçevir Turizm Kollecində bayram şənliyi keçirilib. Milli geyimli tələbələr,  qədim əmək alətlərinin nümayiş olunduğu  ekspozisiya, Novruzun  obrazlaşdırılmış rəmzləri olan Keçəl və Kosanın şux zarafatları və təbriklər şənlik boyu iştirakçıların qəlbində xoş təəssüratlar oyadıb. Kollecinin  direktoru, iqtisad elmləri dokrtoru, professor Əyyub Əyyubov hər kəsi milli bayram münasibəti ilə təbrik edib.

Tədbir boyu təbriklər, səhnəciklər, şerlər və nəğmələr meydanda əsl bayram ab-havası yaradıb. Ulu Qorqud, Bahar qızın dövrə vurub iştirakçıları salamlaması,  bayram libaslı nazlı  xanım qızların rəqsləri, Novruz inancları ilə bağlı səhnəciklər, kəndir yarışması, dirədöymə oyunu, yumurta döyüşü çöhrələri sevinclə  bəzəyib. Bayram şənliyi tonqal ətrafında yallı rəqsi ilə başa çatıb.

Şərhlər bağlıdır.