Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ƏMƏKDAŞLARIMIZ ERASMUS+ EQAC LAYİHƏSİNİN LONDON TƏLİMLƏRİNDƏ

Mingəçevir Dövlət Universitetinin tərəfdaş olduğu Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (ERASMUS+EQAC) beynəlxalq layihəsinin növbəti tədbiri Birləşmiş Krallığın paytaxtı Londonda keçirildi. Londonun Middlesex (Middlesax) Universitetində baş tutan təlimdə 11 yerli universitetlə yanaşı xarici partnyorlar – Middlesex Universitetindən Corc Dafoulas, İspaniyanın Alikante Universitetindən Denise Galvin, Litva Tətbiqi Sosial Elmlər Universitetindən İnqa Juknyte-Petreikienevə, İsveçin Kral Texnologiyalar Universitetindən professor Viktor iştirak etdilər.

Beynəlxalq layihə çərçivəsində keçirilən təlimdə, təhsilin keyfiyyət təminatında maraqlı tərəflərin təhlili, milli kvalifikasiya çərçivəsində praktiki qiymətləndirmə və təhsildə təlim nəticələri ilə bacarıqların əlaqələndirilməsi mövzusunda mühazirələr söylənildi, təlim iştirakşıları ilə birgə bu mövzularda seminarlar keçirildi. 5 gün davam edən təlimlərdə ali təhsil məkanında keyfiyyət təminatı mərkəzinin mükəmməl strukturunun yaradılmasında Avropa Ali Təhsil Məkanın təcrübəsinin təfərrüatları müzakirə olundu. Təlim iştirakçılarına Middlesex Universitetinin professorlarının dərslərini izləmək imkanı əldə etdilər. Təlimlərlə paralel menecerlərin görüşü keçirildi. Görüşdə sənədlərin, hesabatların vaxtında koordinatora təqdim edilməsi, məlumat günlərinin, eləcə də xaricdə qazanılan bilik və təcrübələrin bölüşdürlməsi üçün universitetlərdə təlimlərin davam etdirilməsi və iş planları müzakirə edildi, tarixlər müəyyənləşdirildi.

Sözü gedən təlimdə Mingəçevir Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, “İqtisadiyyat” kafedrasının dosenti, i.f.d. Nüşabə Qədimli,Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova, TKTNM kordinatoru Raifə Mürşüdova, Tədris hissəsinin müdir müavini Üzeyir Zeynalov təmsil etdilər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Londonda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirin birinci katibi H.Həsənov iştirakı ilə sertifikatların təqdimetmə mərasimi keçirildi.

Şərhlər bağlıdır.